Azərbaycanlı Türkiyədə yaralı polisi xilas etdi

Azərbaycanlı Türkiyədə yaralı polisi xilas etdi
  26 Yanvar 2015    Oxunub:5105
Həmyerlimiz Türkiyədə yaralı polisi xilas edib.

AzVision.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatında məlumat verilib. Qeyd olunub ki, İstanbulun Bahçelievlər səmtində narkotik aludəçisi olan şəxs silahı ilə ətrafa atəş açmağa başlayıb.

Bir polisi yaralan şəxs bir nəfəri də girov götürüb. Hadisənin şahidi isə Naib adlı Azərbaycan vətəndaşı olub. Naib adını bilmədiyi şəxsin polisi girov götürdüyünü deyib.

"O, polisin boynundan tutaraq onu içəri doğru apardı. İçəridən atəş səsləri gəldiyi üçün hamı dağılışdı. Polis yaralı halda yerə yıxıldı. Qışqırıq səsləri yayıldı, heç kim yardıma getmədi. Dəmirlərin altından sürünərək polisi təhlükəsiz yerə çıxardım. Bu anda düz başımın yanında güllə keçdi. Daha sonra polisi təcili yardım yanına gətirdim. Təcili yardım maşınında nə sürücü var idi, nə də tibb bacısı. Bu zaman iki fəhlə də mənə kömək etdi".

Sevinc


Teqlər:  





Xəbər lenti