BMT-nin baş katibi: “Suriyada vəziyyət getdikcə pisləşir”

BMT-nin baş katibi: “Suriyada vəziyyət getdikcə pisləşir”
  24 Yanvar 2015    Oxunub:1506
BMT-nin baş katibi Pan Gi Mun Suriyadakı vəziyyətin pisləşdiyini deyib.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hazırda vətəndaş müharibəsinin davam etdiyi Suriyanın mühasirədə olan bölgələrində yaşayan 212 minə yaxın insana humanitar yardım göndərilə bilmir.

Pan Gi Mun vurğulayıb ki, Suriyaya humanitar yardım göndərilməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının təqdim etdiyi aylıq hesabatda ölkədəki vəziyyətin getikcə pisləşdiyi qeyd olunur:

“Ölkədəki rejimin bombardmanı və silahlı qarşıdurmalar nəticəsində çoxlu sayda insan həlak olub və bəziləri şikəst qalıb. Dekabr ayında isə bu halların sayı daha artıb. Humanitar yardımın çatdırıla bilmədiyi yerlərdə yaşayan insanlar üçün səylərimizi davam etdiririk. Həmçinin Suriyanın 3-də 1-ni ələ keçirən İŞİD terror təşkilatı da insan haqlarını pozur”.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti