Evtanaziya qəbul edildi

Evtanaziya qəbul edildi
  14 May 2013    Oxunub:1385
ABŞ-ın Vermont ştatı evtanaziyanı (sağalmaz xəstəlikdən əziyyət çəkən insanı və ya heyvanı həyatdan məhrum etmə) qəbul etmək üçün qanun layihəsi hazırlayıb.
AzVision.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, qanun layihəsinin qəbul olunması üçün səsvermə keçirilib. Palatanın 75 üzvü lehinə, 65-i əleyhinə səs verib.

Eftanaziya haqqında qanununun Vermont ştatının qubernatoru Piter Şamlin tərəfindən imzalanması gözlənilir.

Qanun imzalandıqdan sonra Vermont evtanaziyanı qəbul edən dördüncü ABŞ ştatı olacaq. İlk dəfə eftanaziyanı 1997-ci ildə qəbul edən ABŞ ştatı Oreqon olub. Sonra ona Vaşinqton və Montana qoşulub.

AzVision.az


Teqlər:  





Xəbər lenti