Agentlik ABŞ hökumətini telefon dinləməkdə ittiham edir
Hüquq-mühafizə orqanları bildiriblər ki, 2012 ilin aprel-may aylarında agentliyin Nyu-York, Vaşinqton və Hartford və ABŞ Konqresinin Nümayəndələr Palatasında müxbir məntəqələrindən telefon danışıqları dinlənilib.
Ümumilikdə dinlənilmə, agentlik və onun jurnalistləri tərəfindən istifadə edilən 20 telefon xətti üzrə aparılıb. Danışıqlarına qulaq asılan əməkdaşların dəqiq sayı müəyyən edilməyib, lakin göstərilən müxbir məntəqələrində 100-dən çox jurnalistin çalışdığı bildirilib.
Associated Press agentliyinin prezidenti və icraçı direktoru Qari Prut ABŞ-ın baş prokuroru Erik Holderə göndərdiyi məktubda göstərilib ki, müxbirlərin telefonlarının dinlənilməsinin qanuni əsası yoxdur. Hüquq-mühafizə orqanları AP-nin hansı telefonlardan dinlənildiyini açıqlamayıb.
AzVision.az