“Neftin qiymətini aşağı salanlar peşman olacaq” – Ruhani

“Neftin qiymətini aşağı salanlar peşman olacaq” – Ruhani
  13 Yanvar 2015    Oxunub:1772
Dünya bazarında neft qiyməti aşağı salmağı planlaşdıran ölkələr öz qərarlarına görə, peşman olacaqlar.
AzVision.az-ın Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, bu barədə İran prezidenti Həsən Ruhani bildirib.

“Neft qiymətini aşağı salmağı planlaşdırılan ölkələr bu qərara görə peşman olacaqlar. Əgər İran neft qiymətlərinin aşağı düşməsindən zərər görürsə, onda Səudiyyə Ərəbistanı və Küveytə kimi bizim ölkəyə nisbətən daha çox ziyan dəyir”, - deyə Ruhani vurğulayıb.

Qeyd edək ki, bu gün BƏƏ-nin (Birləşmiş Ərəb Əmirlikləri) energetika naziri Suaxil əl-Mazuri jurnalistlərə açıqlamasında Neft İxrac Edən Ölkələr Birliyinin (OPEK) artıq dünya bazarında neftin qiymətini tənzimləyə bilməyəcəyini bildirib.

Nazirin sözlərinə görə, hazırda qiymətlərin tənzimlənməsi üçün Şimali Amerikada şist neft istehsalı azaldılmalıdır: “Biz artıq neftin dünya bazarında müəyyənləşdirilmiş qiymətini qoruya bilmirik”.

Əl-Mazurinin sözlərinə görə, bazarda neftlə bağlı təkliflərin həddən artıq olması ilk növbədə şist neft artıqlığı ilə bağlıdır.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti