Ərdoğan Suriyanı ittiham etdi
Ərdoğan vurğulayıb ki, Suriya öz həyatını yalanlar üzərində qurub:
“Reyhanlı şəhərində baş verən hadisələr Suriya rəhbərliyi ilə birbaşa bağlıdır. Həmin hadisələrin müxalif qüvvələrin törətməsi ilə bağlı yayılan məlumatlar yalnışdır. Onlarla heç bir əlaqəsi yoxdur. Türkiyənin ABŞ-dan bir tələbi olacaq”.
Ərdoğan hadisələri tördədənlərə lazımi cavabı verəcəklərini də bildirib:
“Cavab verməkdən qorxmuruq. Hamı bilsin ki, sadəcə cavab vermək üçün məqamı gözləyirik”.
Mirvari