Fransa Almaniyanı insan hüquqlarını pozmaqda ittiham edir

Fransa Almaniyanı insan hüquqlarını pozmaqda ittiham edir
  13 May 2013    Oxunub:1560
Fransanın Sosialist partiyasının iddiasına görə, Almaniya Avropanı bürüyən iqtisadi böhrana görə məsuliyyət daşıyır.
AzVision.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, Almaniya KİV-i, sosialistləri Almaniyanın kansleri Angela Merkeli “barışmaz xudbin” adlandırmaqda ittiham edib. Fransızların fikrincə, Merkel yalnız alman investorlarının gəlirləri, Almaniyanın ticarət balansı və öz seçiciləri barədə düşünür. Sosialistlər Angela Merkeli digər məsələlərdə də ittiham ediblər. Kansler və federal hökumət digər mərkəzi hökumətlərlə birgə, fərdi vətəndaşların deyil, bazarın maraqlarının müdafiəsi üçün çalışırlar. Bundan başqa, sosialistlər Almaniya siyasətinə qarşı mövqeyinə görə kəskin şəkildə şəxsən Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozoya və Avropa Komissiyasına qarşı etiraz ediblər. Bundan başqa, Sosialist partiyası tərəfindən qəbul edilmiş sənəddə Fransa hökumətinə, Almaniya hökuməti ilə dostluq əlaqələrini dayandırmaq barədə çağırış ünvanlanıb.

Fransanın keçmiş baş naziri Alan Jülen narahatlığını ifadə edərək söyləyib ki, sosialistlərin bəyanatları Berlinin Parisə olan etibarını puç edə bilər.

Fransızlar yanılırlar? Hazırda, avropalıların üçdə-ikisi müharibədən sonrakı dövrdə doğulmuş nəslə aiddir. Buna görə də, cavanlara “siz hər gün müharibənin olmaması barədə şükr etməlisiniz” ifadəsini təkrarlamağın mənası yoxdur.

Müharibənin dəhşətlərini yaşamış Kol müharibədən sonrakı nəslin nümayəndələrinin arasında yaranmış anlaşılmazlığın səbəblərini izah edib: “Onlar ağıl ilə minnətdarlıq edirlər. Mən, Fransua Mitteran və digərləri düşünürük ki, mövcud şərait çox əhəmiyyətlidir. Özünüz düşünün: nə Fransada, nə də Avropada daha müharibə yoxdur. Biz bununla ümumi Avropa qura bilərik”.

Kolun qeyd etdiyi kimi, məhz bu məqsədlə əsas Avropa ölkələrinin liderləri 1990-cı ilin başlanğıcında vahid Avropa valyutasının tətbiqini qəbul ediblər.

Qeyd edək ki, insan hüquqlarının pozulması haqqında sənədlər bilavasitə Avropa Komissiyasına göndərilib. Ancaq Avropa parlamenti bu faktlara heç vaxt reaksiya verməyib. Görünür ki, Avropa ittifaqı, alman banklarından ayrılan pula görə Almaniyadan tamamilə asılıdır.

Almaniyada insan hüquqlarının pozulmasına, həmçinin insan hüquqlarını müdafiə edən vəkillərin hüquqlarına Avropa Komissiyası heç bir reaksiya göstərmir. Avropa dövlətlərinin belə İttifaqı lazımdırmı?

AzVision.az


Teqlər:  





Xəbər lenti