Fransada məscidlərə hücumlar başladı
Bu barədə AzVision.az “Frans Press” agentliyinə istinadən xəbər verir.
Fransa Prokurorluğunun məlumatına görə, son 24 saat ərzində naməlum şəxslər ölkədəki ən azı üç məscidə hücum təşkil edib. Ümumilikdə hücumlar nəticəsində zərərçəkən olmayıb.
Ötən gün Fransanın paytaxtı Parisdə “Charlie Hebdo” satirik jurnalının ofisinə silahlı hücum olub. Silahlı hücum nəticəsində 12 nəfər öldürülüb.
Hazırda Fransa polisi şübhəli şəxslərin axtarışlarını davam etdirir.
Qeyd edək ki, “Charlie Hebdo” satirik jurnalı 2011-ci ildə Məhəmməd peyğəmbərin karikaturalarını nəşr etmişdi. Bundan sonra jurnalın ofisi yandırılmışdı.
Bu arada bu gün naməlum şəxsin Paris yaxınlığında açdığı atəş nəticəsində bir qadın polis əməkdaşı həlak olub, bir nəfər isə yaralanıb.
Eldar Tanrıverdiyev