Dağıstanda azərbaycanlıların ziyarətgahı dağıdıldı - VİDEO

Dağıstanda azərbaycanlıların ziyarətgahı dağıdıldı - VİDEO
  08 Yanvar 2015    Oxunub:2342
Dərbənd şəhərinin Şixsalah qəbristanlığında ziyarətgah olan Seyid Mirqafar ağanın qəbrinin dağıdılması xəbəri yayılıb.
ANS TV-nin məlumatına görə, hadisə ilə bağlı ziyarətgahın axundu Seyid Yəhya ilə əlaqə saxladıqda məlum oldu ki, hadisə bir həftə əvvəl törədilib.

“Qəbir daşını sındırıblar. Müraciət etmişik. Bizə ziyarətgahın düzəldiləcəyini dedilər. Allah qoysa qəbri yerinə qoyacağıq. Bu əməli kimin və ya kimlərin tərətdiyini öyrənəcəklər və hökumət onların özü cəzaların verəcək” – deyə ziyarətgahın axundu Seyid Yəhya bildirib.




Teqlər:





Xəbər lenti