Fransada terror aktlarının qarşısı alınıb – Prezident

Fransada terror aktlarının qarşısı alınıb – Prezident
  07 Yanvar 2015    Oxunub:1923
Parisdə 11 nəfərin ölümü ilə bağlı “Charlie Hebdo” satirik jurnalının ofisinə gələn Fransa prezidenti Fransua Olland bəyan edib ki, son həftələrdə ölkə ərazisində bir neçə terror aktının qarşısı alınıb.
Bu barədə AzVision.az “Le Рarisien”-ə istinadən xəbər verir.

Olland terror hücumlarının qarşısının hansı formada alınması barədə detalları açıqlamayıb.
Daha əvvəl “Charlie Hebdo” redaksiyasına hücum terror aktı kimi qiymətləndirilib.

Bu gün Fransanın paytaxtı Parisdə “Charlie Hebdo” satirik jurnalının ofisinə silahlı hücum olub. Silahlı hücum nəticəsində 11 nəfər öldürülüb.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti