Peyğəmbəri təhqir edən redaksiyaya basqın: 11 ölü - FOTOLAR

Peyğəmbəri təhqir edən redaksiyaya basqın: 11 ölü - FOTOLAR
  07 Yanvar 2015    Oxunub:2506
Fransanın paytaxtı Parisdə “Charlie Hebdo” satirik jurnalının ofisinə silahlı hücum olub.
AzVision.az-ın “BBC”yə istinadən verdiyi məlumata görə, silahlı hücum nəticəsində 11 nəfər öldürülüb.

Hadisə şahidlərinin sözlərinə görə, silahlı insident nəticəsində 5 nəfər də yaralanıb.

“Kalaşnikov markalı avtomat və qumbaraatanla silahlanan şəxslər Parisin 11-ci dairəsində yerləşən “Charlie Hebdo” jurnalının ofisinə hücum ediblər”, - deyə hadisə şahidlərindən biri bildirib.

Bundan əlavə yayılan məlumatlarda cinayətkarların hadisə yerindən avtomobilə uzaqlaşan zaman piyadanı da vurduqları bildirilir.

Qeyd edək ki, “Charlie Hebdo” satirik jurnalı Məhəmməd peyğəmbərin karikaturalarını nəşr etmişdi. Bundan sonra jurnalın ofisi yandırılmışdı.

Eldar Tanrıverdiyev

Qalereya




Teqlər:  





Xəbər lenti