Yəməndə partlayış: 15 ölü

Yəməndə partlayış: 15 ölü
  07 Yanvar 2015    Oxunub:1273
Yəmənin paytaxtı Sanada içərisində partlatıcı qurğu yerləşdirilən mikroavtobus partladılıb.
AzVision.az-ın “BBC”yə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 15 nəfər ölüb.

Ümumilikdə polis kollecinin yaxınlığında törədilən partlayış nəticəsində ən azı 40 nəfər yaralanıb. Yaralıların vəziyyəti ağır olduğundan ölənlərin sayının artacağı istisna edilmir.

Hazırda Yəmən polisi faktla bağlı araşdırmalara başlayıb. Hələ ki, heç bir qruplaşma hadisəyə görə məsuliyyəti öz üzərinə götürməyib.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti