“The Washington Post” yenə Əylislidən yazdı

“The Washington Post” yenə Əylislidən yazdı
  17 Fevral 2013    Oxunub:1697
Azərbaycan hökumətini və ya parlamentini hansısa şəxsə hücum etməkdə günahlandırmaq hər hansı bir amerikalı siyasətçinin səsləndirdiyi fikirlərə görə bütövlükdə ABŞ-ı təqsirləndirməyə bərabərdir.
ABŞ-ın nüfuzlu “The Washington Post” qəzetinin 16 fevral tarixli nömrəsində Azərbaycanın Birləşmiş Ştatlardakı səfirliyinin hüquqi və siyasi məsələlər üzrə müşaviri Məmməd Talıbovun “Bir millətin təhqirə reaksiyası” adlı məqaləsi dərc olunub.
Məqalə qəzetin 13 fevral tarixli nömrəsində dərc edilmiş “Azərbaycan yazıçı əleyhinə fətva verir” sərlövhəli məqaləyə cavab olaraq yazılmışdır.
Müəllif bildirir ki, yazıçı Əkrəm Əylislinin “Daş yuxular” adlı əsəri Azərbaycanda ciddi narazılığın yaranmasına səbəb olub. Bu da göstərir ki, Ermənistan-Azərbaycan münaqişəsi azərbaycanlılar üçün hələ də ağrılı məsələ olaraq qalır. Qeyd edilir ki, əsərin daha çox narazılıq yaratmasına səbəb Əkrəm Əylislinin Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş torpaqlarından didərgin salınmış məcburi köçkünlərin və Ermənistan ərazisindən qovulan qaçqınların şərəf və ləyaqətini təhqir etməsidir. Bildirilir ki, hüquq müdafiəçiləri etnik təmizləmənin qurbanı olmuş Azərbaycan vətəndaşlarının təhqirə bu cür münasibətlərini başa düşməlidirlər.
Yazıda qeyd edilir ki, Azərbaycan hökumətini və ya parlamentini hansısa şəxsə hücum etməkdə günahlandırmaq hər hansı bir amerikalı siyasətçinin səsləndirdiyi fikirlərə görə bütövlükdə ABŞ-ı təqsirləndirməyə bərabərdir.


Teqlər:





Xəbər lenti