Ərdoğan Süleyman Dəmirəllə görüşdü

Ərdoğan Süleyman Dəmirəllə görüşdü
  05 Yanvar 2015    Oxunub:1614
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Hacı Əli Dəmirəlin vəfatı münasibətilə onun qardaşı, sabiq prezident Süleyman Dəmirələ baş çəkib.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, onların görüşü mətbuata bağlı olub və yarım saat davam edib, Ərdoğan ona baş sağlığı diləyib. Görüşdə həmçinin səhiyyə naziri Mehmet Müəzzinoğlu da iştirak edib.

Qeyd edək ki, Türkiyənin 9-cu prezidenti olmuş Süleyman Dəmirəlin qardaşı Hacı Əli Dəmirəl 2014-cü il dekabrın 18-də vəfat edib.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti