Obamanın tətili başa çatdı

Obamanın tətili başa çatdı
  05 Yanvar 2015    Oxunub:1476
ABŞ Prezidenti Barak Obama Havay adalarında öz ənənəvi Yeni il məzuniyyətini başa vurub və Vaşinqtona qayıdıb.
AzVision.az xəbər verir ki, bu haqda Ağ Ev məlumat yayıb.

Prezident artıq bazar ertəsindən tam iş rejimində vəzifələrini icra edəcək. Artıq çərşənbə axşamı Meksikanın Prezidenti Enriki Penya Nyeto ilə danışıqlar aparacaq, gələn həftə isə Miçiqan, Arizonaya işgüzar səfərləri gözlənilir.

Obama Oaxu adasına 19 dekabrda həyat yoldaşı Mişel Obama və qızları - 16 yaşlı Mali və 13 yaşlı Saşa ilə birkdə getmişdi. Prezident vaxtının çoxunu, əsasən, qolf oynamaqla, ailə üzvləri ilə birlikdə çimərliyə getməklə, idman zalında məşq etməklə və köhnə dostları ilə görüşməklə keçirib.

Onun qolf meydançasında tərəf müqabili Havay adalarında istirahət edən Malaziyanın Baş naziri Nəcib Tun Razak olub. Obama keçənilki istirahətində Yeni Zelandiyanın Baş naziri Con Ki ilə qolf keyfi yaşamışdı.

Obama Milad bayramını amerikalı əsgərlərlə keçirib və qeyd edib ki, ABŞ Əfqanıstanda öz hərbi missiyasını başa vurur.


Teqlər:





Xəbər lenti