Almaniyada məktəbə hücum -`Türklər öldürüləcək`

Almaniyada məktəbə hücum -`Türklər öldürüləcək`
  04 Yanvar 2015    Oxunub:2062
Almaniyanın Şimali Vestfaliya əyalətində bir məktəbə irqçilər tərəfindən hücum olunub.
AzVision.az -ın report.az-a istinadən verdiyi məlumata görə, liseyin pəncərələrinə və divarlarına “Türklər alman ola bilməz” və “Türklər öldürüləcək” yazıları ilə nasistlərin simvolu olan svastika işarələri çəkilib.

Duesseldorf Dövlət Təhlükəsizlik polisi, hadisə yerində araşdırma aparır.

Qeyd edək ki, Dormagen şəhərində təxminən 10 gün əvvəl də tikintisi davam edən Diyanət İşləri Türk İslam Birliyinin (DİTİB) Süleymaniyyə Məscidinə bənzər bir hücum həyata keçirilmişdi.


Teqlər:  





Xəbər lenti