BMT: `Ebola` bu il məğlub ediləcək

BMT: `Ebola` bu il məğlub ediləcək
  03 Yanvar 2015    Oxunub:1468
BMT-nin Ebola xəstəliyi ilə mübarizə üzrə missiyasının rəhbəri Toni Benberi hesab edir ki, artıq 2015-ci ildə alimlər bu təhlükəli virusun yayılmasını dayandıra biləcəklər.
Bu barədə APA “Röyters”ə istinadən məlumat yayıb.

“Böhranın nizamlanmasından biz hələ çox uzağıq. Əlbəttə, son 90 gün ərzində biz çox işlər görə bildik, lakin qarşıda hələ uzun və çətin yol var”, deyə o bildirib.

“Mən hesab edirəm ki, biz 2015-ci ildə Ebola-nın inkişafını dayandıracağıq”, deyə o əlavə edib.
Qeyd edək ki, Syerra Leone, Liberiya və Qvineyada “Ebola” virusuna yoluxanların sayı 20 000 nəfəri keçib.


Teqlər:  





Xəbər lenti