Qatil qadın həmyerlisini bıçaqlayaraq öldürdükdən sonra villanın duşunda onu parçalayaraq sellofon torbaya yığıb, sonra onu çamadana qoyaraq Zekeriyeköydə meşəyə atıb. Cinayət qadın xidmətçinin türkmən sevgilisinin polisə müraciəti nəticəsində ortaya çıxıb.
Tirkiş adlı türkmən Maya Gözəl Kərimovanın itkin düşdüyünü bildirib. "Onunla 4 ildir birlikdəyik. İşlədiyi yerdə icazəli olduğu günlər Bayrampaşaya yanıma gəlirdi. İtdiyi gün mənə zəng etmişdi və eyni məhəllədə başqa bir villada çalışan rəfiqəsi Sahicemalın yanına gedəjəyini söyləmişdi. Ancaq bir daha ondan xəbər ala bilmədim. Telefonu da bağlanıb",- deyə o bildirib.