`Ermənistanı dərin böhran gözləyir` - Erməni deputat
Ermənistanın Avrasiya İqtisadi İttifaqına üzvlüyü məsələsinə toxunan
Z. Postancanyan qeyd edib ki, erməni xalqı Serj Sarkisyanın 3 sentyabr qərarına etiraz etsəydi, müvafiq saziş imzalanmayacaqdı: "Ermənistanın Avrasiya İqtisadi İttifaqındakı üzvlüyü ölkəni tənəzzülə aparır. Biz bu məsələdə Rusiyanın aqressiv siyasətinin şahidi olduq. Bu aqressiyaya lazımi cavab verilmədi".
Deputat həmçinin bildirib ki, gələn il Ermənistanı siyasi sahədə də böhran gözləyir: "Görünən odur ki, erməni xalqını siyasi və iqtisadi sahədə mənfiyə doğru dəyişikliklər gözləyir".
Teqlər: