Ukraynada 8 aylıq qətliam - 4771 ölü

Ukraynada 8 aylıq qətliam - 4771 ölü
  30 Dekabr 2014    Oxunub:1345
Apreldən etibarən Ukraynanın şərqində silahlı münaqişə nəticəsində azı 4771 nəfər ölüb.
APA-nın "İTAR TASS"a istinadən verdiyi xəbərə görə, bu barədə BMT-nin humanitar məsələlərin əlaqələndirilməsi idarəsində bildiriblər.

"2014-cü il, dekabrın 24-ə olan məlumata əsasən, Ukraynada münaqişə dövründə ölənlərin sayına dair hazırkı rəsmi rəqəm, Malayziya təyyarəsinin həlak olmuş 298 sərnişini də daxil olmaqla, 4771 nəfərdir, yaralıların sayı isə 10 360 nəfər təşkil edib", hesabatda deyilir.

BMT-nin yeni hesabatında, həmçinin, atəşkəs rejiminin mütəmadi olaraq pozulması və hərbi əməliyyatlar zonasını tərk edənlərin sayının artması qeyd olunur. Qeyd edək ki, Ukraynada münaqişə zonasında 5 milyondan çox insan yaşayır.


Teqlər:





Xəbər lenti