Təyyarə suya düşdü - 162 sərnişindən xəbər yoxdur

Təyyarə suya düşdü - 162 sərnişindən xəbər yoxdur
  28 Dekabr 2014    Oxunub:1946
Radarlardan itmiş Malayziyanın Air Asia şirkətinin təyyarəsi hava burulğanlığına düşüb və kursu dəyişdirməyə cəhd edərkən Belitunq adasının yaxınlığında suya düşüb.

Bu barədə İndoneziyanın Milli axtarış-xilasetmə xidmətinin ictimayyətlə əlaqələr şöbəsinin rəisi Supriandi Minqqu bildirib.

Onun sözlərinə görə, axtarış-xilasetmə komandası artıq Belitunq adasına yollanılıb.

Xatırladaq ki, bazar günü göyərtəsində 162 nəfərə yaxın insan olan təyyarə ilə əlaqə kəsilib.

Cakartanın dispetçer məntəqəsi yerli vaxtla saat 6:17-da QZ 8501 reysi ilə əlaqəni itirib.

İndoneziya nəqliyyat nazirliyinin nümayəndəsinin sözlərinə görə, təyyarənin pilotları əlaqə kəsiləndən əvvəl qeyri-adi marşrutu tələb ediblər.


Teqlər:





Xəbər lenti