Sənəd itkisinə görə cəriməyə son qoyuldu

Sənəd itkisinə görə cəriməyə son qoyuldu
  07 May 2013    Oxunub:2195
Bu gün Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun imzalayıb.
Dəyişikliyə əsasən İnzibati Xətalar Məcəlləsində sürücülük vəsiqəsinin, qayıdış şəhadətnaməsinin, əcnəbilərin müvəqqəti olma müddətinin uzadılması barədə qərarın və gömrük sənədlərinin itirilməsinə görə cərimə sanksiyaları ləğv edilib.

Səbəb- həmin sənədlər itdikdə vətəndaş həm itirdiyini görə cərimə ödəyirdi, həm də yeni sənədin alınması üçün rüsum ödəməli olurdu. Yəni bir sənədə görə iki dəfə xərc çəkməli idi:

Sürücülük vəsiqəsi-40 manat cərimə + 18 manat rüsum
Qayıdış şəhadətnaməsi-30 manat cərimə + 40 dollar rüsum
Uzadılma haqqında qərar-30 manat cərimə + 10 manat rüsum
Gömrük sənədlərinin itirilməsinə görə- 70-100 manat cərimə

Bundan sonra itirilmiş sənədin yenisini almaq üçün yalnız qanunla müəyyən edilmiş rüsum ödəniləcək və nəticədə vətəndaşlar əlavə pul itkisindən azad olacaqlar.

AzVision.az


Teqlər:  





Xəbər lenti