İsraildə böhran: Hökumət istefaya göndərildi
İstefaya göndərilən nazirlər müvafiq olaraq “Eş Atid” partiyası və “Ha-Tbua” hərəkatına rəhbərlik ediblər. Koalisiyanın dağılması ilə əlaqədar olaraq Netanyahu yaxın vaxtlarda ölkədə növbədənkənar seçkilərin keçirilməsini elan edəcək.
“Növbədənkənar seçkilər – pisdir, lakin tərkibində kabineti içərisindən silkələyin nazirlərin olduğu kabinet daha da pisdir. Ona görə də, təcili seçkilər keçirilməli və vahid və güclü hakimiyyət formalaşdırılmalıdır”, - deyə Netanyahu vurğulayıb.
Eldar Tanrıverdiyev