Putindən Ermənistanla bağlı Özəl Göstəriş

Putindən Ermənistanla bağlı Özəl Göstəriş
  02 Dekabr 2014    Oxunub:2823
Rusiya prezidenti Vladimir Putin Ermənistanın Avrasiya İqtisadi İttifaqına qoşulması ilə bağlı qanun layihəsinin təsdiqləməsi üçün Rusiya Dövlət Dumasına göndərib.
Bu barədə AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir.

Qeyd edək ki, Ermənistanın Avrasiya İqtisadi İttifaqına qoşulması barədə saziş oktyabrın 10-da Minskdə Ali Avrasiya İqtisadi Şurasının iclasında imzalanıb.

Avrasiya İqtisadi İttifaqının yaradılması barədə saziş Rusiya, Belarus və Qazaxıstan prezidentlərinin may ayının 29-da Astanada keçirdiyi görüş zamanı imzalanıb.

Müqavilə quruma üzv ölkələrin ərazisində malların, xidmətlərin, kapitalın və işçi qüvvəsinin sərbəst hərəkətini nəzərdə tutur.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti