Ermənistan təşvişdə: Pul dəyərdən düşür, qiymətlər bahalaşır
Bu barədə AzVision.az Ermənistanın “Aykakan Jamank” qəzetinə istinadən xəbər verir.
“Ötən gün Ermənistan milli valyutasının məzənnəsində qeydə alınan dəyişikliklər Rusiya maliyyə bazarında müşahidə olunan düşüşlə bağlıdır. Son 2-3 həftə ərzində Ermənistan dramı 5% dəyərsizləşsə də, bu ərzaq məhsullarında kütləvi qiymət artımı ilə nəticələnməyib. Lakin bu artıq son həddir və bundan sonra Ermənistanda qiymət artımından qaçmaq mümkün olmayacaq. Dramın dəyərdən düşməsi prosesi davam etdikcə, biz ölkədə bütün məhsulları üzrə qiymət artımının şahidi olacağıq”, qəzetdə dərc olunan məqalədə bildirilir.
Eldar Tanrıverdiyev