Azərbaycanlı milyarder biznesini satır

Azərbaycanlı milyarder biznesini satır
  02 Dekabr 2014    Oxunub:7280
Azərbaycanlı milyarder Vahid Ələkbərova məxsus “Lukoyl” şirkəti Səudiyyə Ərəbistanındakı biznesini satmağa hazırlaşır.
Bu barədə Azvision.az Rusiyanın “İzvestiya” qəzetinə istinadən xəbər verir.

Məlumata əsasən Rusiya şirkəti Səudiyyə Ərəbistanındakı törəmə şirkəti “Lukoyl Overseas”-ın 80 faiz pay “Saudi Armaco” şirkətinə satmağı planlaşdırır. Qeyd edək ki, bu şirkətin 20 faizi elə Səudiyyə Ərəbistanı şirkətinə məxsusdur.

“Onlar nə neft, nə də qaz tapıblar. Görünür “Lukoyl” buranı tərk edəcək. Bu məntiqlidir. Çünki “Total”, “Shell”, “Eni” kimi məşhur şirkətlər artıq Səudiyyə Ərəbistanındakı layihələrini tərk ediblər”, - deyə “Saudi Aramco” şirkətindən mənbə bildirib.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti