Jirinovski üçün analoqu olmayan hədiyyə - FOTO

Jirinovski üçün analoqu olmayan hədiyyə - FOTO
  01 Dekabr 2014    Oxunub:2219
Rusiyalı biznesmen Mixail Proxorov sözünün üstündə duraraq Liberal Demokrat partiyasının lideri Vladimir Jirinovskiyə Rusiyanın hibrid avto layihəsi olan “Yo mobil” hədiyyə edib.
AzVision.az anspress-ə istinadən xəbər verir ki, biznesmen bildirib ki, hədiyyə olunan maşın digər elektromobillərdən fərqlidir və analoqu yoxdur. Salona sıyıq yanacaq verilməsi texnologiyası vasitəsilə bu elektromobil qışda donmur.

Qeyd edək ki, Jirinovskinin heç cür “Yo mobil” ala bilməməsi şikayətinə cavab olaraq biznesmen sertifikatlaşma bitdikdən sonra ona layihəsinin ən yeni modelini hədiyyə edəcəyinə söz vermişdi.

Qeyd edək ki, “Yo mobil” Rusiyaya aid hibrid avtomobillərdir. Elektromobil biznesmen Proxorovun “Yarovit motors” və “Oneksim” şirkətinin birgə layihəsidir.

Maşın 7-7,5 min AZN qiymətləndirilir.

AzVision.az


Teqlər:





Xəbər lenti