TQDK şagirdlərin sayını açıqladı

TQDK şagirdlərin sayını açıqladı
  01 Dekabr 2014    Oxunub:1261
Hazırda ölkədə 772382 nəfər 5-11-ci sinif şagirdi təhsil alır.
Bu barədə AzVision.az-a Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından məlumat verilib. Bildirilib ki, 2014/2015-ci tədris ili üçün ümumtəhsil müəssisələrində yekun qiymətləndirmə ilə bağlı təqvim planının 01.11.2014 - 30.11.2014-cü il aralığını əhatə edən mərhələsi başa çatıb. Bu mərhələdə təhsil müəssisələri əlaqələndiriciləri tərəfindən 5-11-cisinif şagirdlərinin sayı siniflər üzrə"Şagird-məzun" sisteminə daxil edilib.

Təhsil müəssisələri əlaqələndiricilərinin nəzərinə çatdırılır ki, il ərzində siniflərdə şagirdlərin sayı dəyişərsə, uyğun olaraq "Şagird-məzun" sistemində də şagird saylarına düzəliş edilməlidir.

Təhsil müəssisələri əlaqələndiricilərindən xahiş edilir ki, 2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunları ilə əlaqədar "Şagird-məzun" sisteminə şagird məlumatlarının daxil edilməsi prosesini sürətləndirsinlər.


Teqlər:





Xəbər lenti