Berlində Kəlbəcər girovlarına dəstək aksiyası – FOTOLAR

Berlində Kəlbəcər girovlarına dəstək aksiyası – FOTOLAR
  01 Dekabr 2014    Oxunub:1621
Azərbaycan Tələbə Şəbəkəsi Almaniyanın paytaxtı Berlində Brandemburq Qapılarının önündə Kəlbəcər girovlarına yardım çərçivəsində #saveazehostages aksiyasını keçirib.

ASN üzvləri və digər tələbələrin dəstəyi ilə baş tutan tədbirdə 6 nəfər gənc (3 qız və 3 oğlan) əyinlərinə girovların şəkilləri olan və dörd dildə “girovlarımızı azad et” şüarı yazılmış köynəklər geyinmişdilər.

Tədbiri izləyənlərə erməni işğalı, vətəndaşlarmızın öz topraqlarmızda girov götürülməsi haqqında məlumat kitabçaları paylanıb.

AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti