Rumıniyada prezident seçkiləri keçirilir

Rumıniyada prezident seçkiləri keçirilir
  02 Noyabr 2014    Oxunub:1626
Noyabrın 2-də Rumıniyada növbəti prezident seçkiləri keçirilir.

Seçkilərdə iştirak etmək üçün 18 milyon vətəndaş seçki siyahısına daxil edilib ki, onlardan 2 milyonu ölkə xaricində yaşayanlardır. Prezident seçkilərinin keçirilməsi üçün Rumıniyada 18 min 550, ölkə xaricində isə 294 seçki məntəqəsi fəaliyyət göstərir.

Rumıniya Daxili İşlər Nazirliyinin məlumatına əsasən, seçki günü ictimai asayişin mühafizəsi üçün 30 min nəfərlik polis və jandarma qüvvələri cəlb edilib.

Prezident seçkilərində ilk turda qalib gəlmək üçün 12 namizəddən biri seçicilərin 50 faizindən çoxunun səsini qazanmalıdır.


Teqlər:





Xəbər lenti