“Peşmərgə” Suriyaya daxil oldu

“Peşmərgə” Suriyaya daxil oldu
  01 Noyabr 2014    Oxunub:1527
“Peşmərgə” Türkiyədən Suriya ərazisinə daxil olub.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İraq kürdlərindən ibarət silahlı dəstə - “Peşmərgə” Türkiyə sərhədindən Suriya ərazisinə keçib.

Məqsəd Suriyanın Kobani şəhərini İŞİD terrorçu qruplamasından azad olunmasında iştirak etməkdir.

Eyni zamanda bildirilir ki, “Peşmərgə” sərhədi keçdiyi vaxt ABŞ aviasiyası İŞİD-in Kobanidəki mövqelərinə raket zərbələri endirib.


Teqlər:





Xəbər lenti