Ərdoğan Fransa hökümətinə mesaj göndərdi
Onun sözlərinə görə, Türkiyə Ermənistanla münasibətlərin bərpa edilməsi üçün həmişə addım atıb: “Təəssüf ki, Ermənistan buna qarşılıqlı cavab verməyib”.
Suriya böhranına toxunan R.T.Ərdoğan qeyd edib ki, ABŞ-ın bu ölkədə mübarizə aparmaq üçün göndərdiyi bütün silahlar “İslam Dövləti” qruplaşmasının əlinə keçib: “İraqın 40 faiz ərazisi həmin silahlardan istifadə edilməklə ələ keçirildi”.
Türkiyənin Avropa İttifaqına (Aİ) üzv olması üzrə danışıqlardakı durğunluqdan danışan Prezident bildirib ki, Ankara Aİ-nin verdiyi vədləri yerinə yetirəcəyini gözləyir: “Ümid edirəm ki, Fransa da bu istiqamətdə verdiyi vədləri icra edəcək. Ankara inanır ki, Fransa Aİ-də Türkiyənin dostu olacaq”.
Teqlər: