"Radio Evi" yandı: 1200 nəfər köçürüldü
Yanğın zamanı binada olan 1200 nəfər təhlükəsiz yerə köçürülüb. Bütün radio verilişləri müvəqqəti olaraq dayandırılıb.
Hadisə yerinə gələn yanğınsöndürənlər iki saatdan sonra yanğının qarşısını almağa müvəffəq olublar.
Yanğınsöndürən dəstənin rəsmisi yanğının 50 il bundan əvvəl tikilən binanın yuxarı mərtəbələrində aparılan təmir işləri zamanı baş verdiyini bildirib.
Yanğın zamanı xəsarət alan olmasa da binaya ciddi maddi zərər dəydiyi qeyd olunub.
Prezident Fransua Olland və baş nazir Manuel Valls yanğının qarşısının alınmasında yanğınsöndürənlərlə binada çalışanların həmrəylik nümayiş etdirmələrini yüksək qiymətləndiriblər.
Teqlər: