Nalbandyan: “Paris görüşü səmərəli keçdi” - VİDEO
"Biz Fransa Prezidenti Fransua Ollanda prezidentlər səviyyəsində Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına həsr olunmuş görüşü təşkil etdiyinə görə minnətdarıq. Son üç ay ərzində bu prezidentlərin Qarabağ münaqişəsinin nizamlanması məsələsi üzrə üçüncü görüşüdür. Bu həmsədr ölkələr nizamlanma üzrə öz birgə səylərini sarsılmaz şəkildə davam etdirəcəyinin göstəricisdir”, - deyə Nalbandyan bildirib.
Nalbandyan vurğulayıb ki, Paris görüşü zamanı Dağlıq Qarabağ münaqişəsinin həll edilməsinə dair çoxsaylı məsələlər müzakirə olunub.
Qeyd edək ki, oktyabrın 27-də Parisdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyanın ATƏT-in Minsk qrupunun həmsədrləri ilə birgə görüşü olub.
Eldar Tanrıverdiyev