Bekhem səfir təyin edildi

Bekhem səfir təyin edildi
  13 Oktyabr 2014    Oxunub:1647
İngiltərə millisinin sabiq kapitani Devid Bekhem “UNİCEF”-in Ebola virusu ilə mübarizə kampaniyasının əsas siması olub.
Bu barədə AzVision.az “BBC”-yə istinadən xəbər verir.

39 yaşlı futbolçunun iştirakı ilə videoçarxların hazırlanması planlaşdırılır. Görüntülərdə Bekhem xəstəliyin simptomları və həkimin müraciət etməyin vacibliyindən danışıb.
Qərbi Afrikada yayılan Ebola virusuna yoluxaraq ölənlərin sayı 3091-ə çatıb. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının yaydığı bəyanatda bildirilir.

Ümumilikdə, Afrikada bu virusa yoluxanların sayı 6574-ə çatıb.

Təşkilatın verdiyi məlumata görə, Ebola Qərbi Afrikada yayılmağa davam edir.
Həkimlərin virusun yayılma arealının qarşısını almaq üçün hərbi dəstəyin lazım olduğunu vurğulayıb.

Səhiyyə təşkilatı həyəcan təbili çalaraq dünyanın Ebola ilə mübarizəni uduzmaq üzrə olduğunu bildirib.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti