17 yaşlı qız Nobel aldı
Bununla da 17 yaşlı Malala İsveç Krallığı Elmlər Akademiyasının bu mükafatına layiq görülən ən gənc qalib oldu. Ən yaşlı Nobel Sülh Mükafatı laureatı isə 1995-ci ildə buna layiq görülmüş Yozef Rotblatdır.
Ümumilikdə isə 2014-cü ildə Nobel Sülh Mükafatına 278 insan və təşkilat namizəd göstərilmişdi. Bu da indiyə qədər qeydə alınan ən çox namizəddir.
Pakistanda qızların təhsil alması üçün çalışan Malala 2013-cü il oktyabrın 9-da Taliban terror təşkilatı üzvlərinin hücumuna məruz qalmışdı.
Hindistanda uşaq əməyindən istifadəyə qarşı 90-cı illərdən bəri mübarizə aparan Kaylaş həm də uşaqların təhsil alması üçün çalışır. O, bu günə qədər 80 mindən çox uşağa azadlıq verilməsinə nail olub.
Məlumat üçün bildirək ki, 1901-ci ildən 2013-cü ilə qədər cəmi 100 nəfərə və 25 təşkilata Nobel Sülh Mükafatı verilib. Həmin 100 nəfərdən 15- i qadın olub.
Fatimə Kərimli
Teqlər: