Millimiz İtaliya səfərində

Millimiz İtaliya səfərində
  10 Oktyabr 2014    Oxunub:1987
"Avro-2016"nın seçmə mərhələsində Azərbaycan millisi II turda çətin sınaq qarşısında
AzVision.az xəbər verir ki, Azərbaycan millisi bu gün seçmə mərhələdə ikinci oyununa çıxacaq. Berti Foqtsun komandası Palermoda İtaliya yığmasının qonağı olacaq. Bu oyunun aşkar favoriti İtaliya millisi göstərilir. Yığmamızın bu oyunda heç-heçə etməsi böyük uğur sayıla bilər.

Qeyd edək ki, Palermo şəhərinin "Renzo Barbera" stadionunda keçiriləcək İtaliya - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq. Oyunu Türkiyədən olan hakimlər idarə edəcək.


Xatırladaq ki,milli yığmamız İtaliya millisi ilə II dəfə qarşılaşır. Belə ki, komandamız 10 il öncə "Avro-2004"ün seçmə mərhələsində İtaliya ilə eyni qrupda mübarizə aparıb. Həmin vaxt millimiz evdə rəqibinə 0:2, səfərdə isə 0:4 hesabı ilə uduzub.

AzVision.az








Teqlər:





Xəbər lenti