Azərbaycan filmi “Oscar” ala bilər

Azərbaycan filmi “Oscar” ala bilər
  10 Oktyabr 2014    Oxunub:2881
Elçin Musaoğlunun “Nabat” filmi Amerika Kinematoqrafiya İncəsənəti və Elmləri Akademiaysının “Oskar” mükafatına təqdim olunub.
AzVision.az xəbər verir ki, bu barədə C.Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyası məlumat yayıb.

Dünya premyerası sentyabrın 5-də 71-ci Venesiya Beynəlxalq Film Festivalında baş tutan ekran əsəri bir çox nüfuzlu beynəlxalq film festivallarına dəvət alıb. Filmin dünya üzrə distribütoru “Dreamlab Films”dir.

Tammetrajlı bədii filmin quruluşçu rejissoru Elçin Musaoğlu, ssenari müəllifləri Elxan Nəbiyev və Elçin Musaoğlu, quruluşçu operatoru Əbdülrəhim Bəşərat, quruluşçu rəssamı Şahin Həsənli, prodüseri Müşfiq Hətəmovdur.

Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə C. Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasında çəkilən “Nabat” filmi Qarabağ müharibəsindən bəhs edir.

Ekran əsərinin baş qəhrəmanı Nabat xala Qarabağın müharibə zolağında olan dağ kəndlərindən birində yaşayır. sakinləri güclü atəş yağışından sonra evlərini tərk edirlər. Nabat xala isə xəstə həyat yoldaşını və oğlunun məzarını qoyub heç yana getmir və hər axşam kəndin məscidində və bütün evlərdə neft lampaları yandırır. Bunu görən ermənilər uzun müddət kəndə girməyə qorxurlar.

Ekran əsərində baş rolları Fatimə Motamed Arya, Vidadi Əliyev, Sabir Məmmədov, Fərhad İsrafilov və digərləri canlandırıblar.

AzVision.az


Teqlər:





Xəbər lenti