Dünya çempionatında 6-cı olduq

  28 Sentyabr 2014    Oxunub : 1137
Dünya çempionatında 6-cı olduq
Gimnastlarımız dünya çempionatında çoxnövçülük yarışlarında iştirak ediblər.

Azərbaycan gimnastları Səbinə Abbasova, Siyana Vasilyeva, Aliyə Paşayeva, Diana Doman, Aleksandra Platonova və Aynur Mustafayevadan ibarət qrup hərəkətləri komandamız İzmirdə keçirilən bədii gimnastika üzrə 33-cü dünya çempionatında çoxnövçülük yarışlarında 6-cı yeri tutub.

Azərbaycan Gimnastika Federasiyasının baş katibi Fərid Qayıbovun məlumatına görə, gimnastlarımız çempionatın sonuncu mərhələsində 3 lentlə 2 top və 10 gürzlə keçiriləcək iki final yarışında çıxış edəcəklər.

Çempionat bu gün – sentyabrın 28-də yekunlaşacaq.

AzVision.az

Teqlər: