Ağ Evə hücum: İşçilər təxliyyə olundu
Məlumata əsasən, Ağ Evin təxliyyə olunmasına səbəb naməlum şəxsin hasardan aşaraq Ağ Evin ərazisinə keçməsi olub.
Ağ Ev Təhlükəsizlik Xidməti həmin şəxsi yaxalayıb və bir saat sonra təxliyyə olunan şəxslər Ağ Evə geri qaydıb.
Qeyd edək ki, hadisə baş verən zaman Barak Obama hazırda şəhərkənarı Kemp Devid iqamətgahında olub.
Xatırladaq ki, 2014-cü ilin iyulunda Ağ Evin hasarının yaxınlığında tapılan şübhəli paketə görə ərazi mühasirəyə alınmışdı.
Eldar Tanrıverdiyev