Bağdada dəhşətli terror aktları: 16 ölü

Bağdada dəhşətli terror aktları: 16 ölü
  19 Sentyabr 2014    Oxunub:1216
İraqda törədilən terror aktları nəticəsində 16 nəfər ölüb.
Bu barədə AzVision.az “Frans Press” agentliyinə istinadən xəbər verir.

Paytaxt Bağdadda törədilən terror aktı nəticəsində 8 nəfər ölüb, 12 nəfər isə müxtəlif dərəcəli xəsarət alıb. İkinci partlayış isə İraqın şimalında yerləşən Kərkük şəhərində törədilib. Bu partlayış nəticəsində isə 13 nəfər yaralanıb.

Qeyd edək ki, ötən gün Bağdada törədilən partlayışlar nəticəsində ümumilikdə 28 nəfər ölüb, 60-dan çox insan yaralanıb.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti