Kemerondan şotlandlara əlavə səlahiyyətlər
“Şotlandiyada Konstitusiya vədlərinə şübhə ilə yanaşanlara bildirirəm: Səlahiyyətlilərin genişləndirilməsi məsələsi hazırkı hökumət qarşısında qaldırılıb, qərarı isə növbəti parlament (yeni parlament 2015-ci il seçkilərindən sonra formalaşdırılacaq) qəbul edəcək. Eyni zamanda Kemeron vurğulayıb ki, onun hökuməti vergilər, büdcə xərcləri və sosial təminat sahəsində səlahiyyətlərin Şotlandiya hökumətinə verilməsi barədə vədi yerinə yetirəcək” –deyə, Kemeron “Facebook” sosial şəbəkəsində yazıb.
Qeyd edək ki, ötən gün Şotlandiya müstəqilliklə bağlı referendum keçirilib. İlkin nəticələrə görə, ölkə üzrə 45 faiz müstəqilliyin lehinə, 55 faiz əleyhinə səs verib.
Eldar Tanrıverdiyev
Teqlər: