Türkiyədə Avropa ilə bağlı referendum keçiriləcək

Türkiyədə Avropa ilə bağlı referendum keçiriləcək
  19 Sentyabr 2014    Oxunub:1391
Türkiyə Avropa İttifaqına (Aİ) daxil olmaq məsələsi ilə bağlı referendum keçiriləcək.
AzVision.az-ın “Haber 7” telekanalına istinadən verdiyi məlumatına görə, bu barədə Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçi bildirib.

Nazirin sözlərinə görə, hazırda Türkiyənin Aİ-yə daxil olması məqsədilə islahatlar həyata keçirir və lazımı vaxta rəsmi Ankara bu məsələ ilə bağlı referendum keçirəcək.

Qeyd edək ki, daha əvvəl Türkiyənin Aİ işləri üzrə yeni təyin olunan naziri Volkan Bozkır bəyan etmişdi ki, Aİ-yə daxil olmaq rəsmi Ankaranın strateji məqsədidir.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti