Erməni `prezident` qəzaya düşdü: ölən var

Erməni `prezident` qəzaya düşdü: ölən var
  19 Sentyabr 2014    Oxunub:2446
Qondarma Dağlıq Qarabağ respublikası "prezidenti"nin korteji Ermənistanda qəzaya uğrayıb.
Vertolyotla İrəvana getməyi planlaşdıran separatçıların rəhbəri Bako Saakyan əlverişsiz hava şəraiti ilə əlaqədar avtomobil yolundan istifadə etməli olub. Bu isə ona baha başa gəlib. Belə ki, qondarma respublikanın “prezidenti”nin korteji qəzaya uğrayıb.

Qəza nəticəsində korteji müşayiət edən yol polisilərindən biri ölüb, biri isə ağır yaralanıb.

Qəzanın hansı şəraitdə baş verdiyi və qəza törədən sürücünün adı açıqlanmır (ANS).


Teqlər:  





Xəbər lenti