Dünyanı ayağa qaldıran adamdan şok İDDİA

Dünyanı ayağa qaldıran adamdan şok İDDİA
  19 Sentyabr 2014    Oxunub:7733
“Wikileaks”-in yaradıcısı Culian Assanc “Google”-un kəşfiyyat təşkilatlarına istifadəçilərin məlumatlarını verdiyini iddia edib.
AzVision.az xəbər verir ki, son iki ili Ekvadorun İngiltərədəki səfirliyində keçirən Assanc “Google” şirkətini bir sıra məsələlərdə ittiham edib:

““Google” qanunsuz deyil, qanuni olaraq insanların şəxsi məlumatlarını toplayır. Həmin məlumatları təsnifləndirir, kredit profilləri açır. Sonradan bunları reklam verənlərə və digərlərinə satır. Bu prosedur dövlətarası kəşfiyyat birlikləri ilə də həyata keçirilir”.

O, eyni zamanda “Google” ilə ABŞ arasında kəşfiyyat alış-verişi olduğunu iddia edib:

““Google bu duruma sonradan gəldi. 2009-cu ildən etibarən mövcud məlumatları dövlətlərarası kəşfiyyat büroları ilə paylaşılır. İnsanlar “Google”-un nə olduğunu bilmir”.

İki ildir Ekvadorun səfirliyində qalmasından danışan Assanc çətin durumda olduğunu söyləyib.

Emin
AzVision.az



Teqlər:  





Xəbər lenti