ABŞ Poroşenkonun istəyini rədd etdi
Aparıcının Obamanın Ukrayna dövlətinə belə bir statusun verməsi barədə sualına Poroşenko belə cavab verib: “O, “yox” dedi. Çünki ölkələrimiz arasında artıq xüsusi status var. ABŞ və Ukrayna arasında təhlükəsizlik və müdafiə sahəsində qarşılıqlı əlaqələrin səviyyəsi NATO-dan kənar əsas tərəfdaş statusundan dəfələrlə çoxdur”.
Poroşenko həmçinin bəyan edib ki, ABŞ-la əldə olunan razılaşmada Ukraynaya silah tədarükü ilə bağlı maddə yoxdur. Lakin Ukrayna digər ölkələrdən sərbəst şəkildə silah ala bilər.
Eldar Tanrıverdiyev