Şotlandlar müstəqilliyə `yox` dedi - CANLI YAYIM

Şotlandlar müstəqilliyə `yox` dedi - CANLI YAYIM
  19 Sentyabr 2014    Oxunub:3640
Şotlandiyada keçrilən referendumun nəticələri hələ ki ziddiyyətlidir. Bəzi şəhərlər Britaniyadan ayrılmaq, bəziləri isə əksinə, ingilislərlə qalmaq üçün səs veriblər. Amma ikincilər daha çoxdur.

Böyük şəhərlərdən Qlazqoda 53, Dandidə 57,35, Dambartonşirdə 54 faiz müstəqilliyin lehinə səs verib. Ümumilikdə isə ölkə üzrə müstəqillik istəyənlər azlıqdadırlar.

Hələ ki ölkə üzrə 45 faiz müstəqilliyin lehinə, 55 faiz əleyhinə səs verib.

Səslərin sayımı davam edir.

Tariyel
AzVision.az





Teqlər:  





Xəbər lenti