İranda etiraf: İŞİD-ə qalib gəlmək mümkün deyil

İranda etiraf: İŞİD-ə qalib gəlmək mümkün deyil
  18 Sentyabr 2014    Oxunub:2161
İraq və Şam İslam Dövləti (İŞİD) terror təşkilatı yaraqlılarına yalnız aviazərbələrlə qalib gəlmək mümkün deyil.
AzVision.az-ın “Frans Press” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə İran xarici işlər naziri Məhəmməd Cavad Zərif Nyu-Yorkda beynəlxalq münasibətlər üzrə Şurada çıxışı zamanı bildirib.

Zərif həmçinin rəsmi Tehranın “İraqda sülh və təhlükəsizlik” haqqında Parisdə keçirilən konfransa dəvət edilməsini sərt şəkildə tənqid edib. Nazirin sözlərinə görə, onun ölkəsi İŞİD-ə qarşı mübarizədə əsas rollardan birini oynaya bilərdi.

Qeyd edək ki, daha əvvəl İranın ali dini lideri Həsən Ruhani İŞİD tərəfindən dinc insanların öldürülməsini pisləyib. O, həmçinin bəyan edib ki, terrorçular günahsız insanları qətlə yetirməklə “bütün bəşəriyyəti məhv etmək istəyirlər”.

Xatırladaq ki, iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə “İraq və Şam İslam Dövləti” (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti