Avstraliyada 15 İŞİD üzvü həbs edildi

Avstraliyada 15 İŞİD üzvü həbs edildi
  18 Sentyabr 2014    Oxunub:1298
Avstraliya polisi İraq və Şam İslam Dövləti (İŞİD) yaraqlılarının bu ölkədə terror aktı törətmək barədə təhdidlərdən sonra genişmiqyaslı əməliyyat keçirib.
AzVision.az-ın “Associated Press” agentliyinə istinadən verdiyi məlumata görə, reyd nəticəsində 15 nəfər saxlanılıb.

Sidney, Brisben və Loqan şəhərlərində eyni zamanda keçirilən əməliyyatlara 800-ə yaxın polis cəlb olunub. Hüquq mühafizə orqanlarının versiyasına görə, saxlanılan şəxslər yerli sakinlərə qarşı “zorakılıq aktları” törətmək planlaşdırıblar.

Qeyd edək ki, Avstraliyada İŞİD-in təhdidləri ilə bağlı terror təhlükəsi səviyyəsi yüksəldilib.
Xatırladaq ki, iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə “İraq və Şam İslam Dövləti” (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti