Moldovada Ermənistan pislənildi
Moldovanın sabiq prezidenti Petru Luçinski (1997-2001) və sabiq ombudsmanı Aurelia Grigoriu çıxışlarında hər zaman ölkələrin ərazi bütövlüyü prinsipinin prioritet kimi götürülməsinin zəruriliyini vurğulayıblar. Konfransda çıxış edən Moldovanın baş prokurorunun müavini konkret faktlar göstərərək postsovet ölkələrinin ərazilərində ortaya atılmış separatçı qurumların ayrılmaq iddialarının hüquqi bazasının olmadığını və bunun beynəlxalq hüquqla tam ziddiyyət təşkil etdiyini bildirib.
Ukraynanın Moldovadakı səfiri Sergey Pirojkov konfransda çıxışında Ukraynada baş verən son separatçılıq hərəkətlərinin heç bir hüquqa əsaslanmadığını qeyd edərək beynəlxalq ictimaiyyəti ölkələrin ərazi bütövlüyünün qorunması məsələsində fəal olmağa səsləyib.
İsrail təmsilçisi Arye Gut isə Ermənistanın real olmayan, təhlükəli ideyanın arxasınca qaçdığını bildirərək ermənilərin mövcud hakimiyyətləri ilə bağlı həlledici qərar qəbul etməli olduğunu vurğulayıb.
Ölkəmizin Moldovadakı fövqaladə və səlahiyyətli səfiri Namiq Əliyev BMT başda olmaqla bir çox beynəlxalq təşkilatın qəbul etdiyi qətnamə və bəyannamələrə rəğmən Ermənistanın 20 ildən artıq müddətdə Azərbaycanın suveren ərazilərini işğal altında saxladığını deyib. Səfir Azərbaycanın bütün sahələrdə uğurlu inkişafının dünyada etiraf olunduğunu, Ermənistanın isə korrupsiya və sosial problemlər içərisində çabaladığını deyərək ölkəmizin ərazi bütövlüyü məsələsində birmənalı mövqeyini ifadə edib.
Qeyd edək ki, konfransda Şuranın baş məsləhətçisi Mustafa Qurbanlı da iştirak edib.
Teqlər: